Bu gün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axtarış aparılacaq

İtkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı bu gün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axtarış aparılacaq
###reklam250###

“Report” “NTV” televiziyasına istinadən xəbər verir ki, axtarışları Türkiyə və Səudiyyə Ərəbistanından olan ekspertlər birgə aparacaqlar.

Axtarışlar axşam saatlarında başlayacaq. Qeyd edək ki, səudiyyə ərəbistanlı jurnalsit, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstnabuldakı Baş Konslluğunun binasına daxil olub və itkin düşüb. Türkiyə Səudiyyə Ərəbistanından konsulluğun binasında axtarşı aparılmasını istəmişdi.

pia.az