Branson Amerika bayrağını öpdü və mesaj verdi

20 ildir Türkiyədə yaşayan və ötən gün həbsdən azad edilən amerikalı rahib Endryu Branson ölkəsinə qayıdıb
###reklam250###

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Bransonu ABŞ-a aparan təyyarə Almaniyada dayanıb.

Hava limanında onu ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell qarşılayıb.

Səfir ona ABŞ bayrağını verib. Amerika bayrağını öpən Branson Türkiyəyə də mesaj göndərməyi unutmayıb. O, Tvitter hesabında yazıb: “Türkiyəni sevirəm, həmişə sevdim, sevəcəyəm”.

Həyat yoldaşı Norina Branson da Türkiyəyə olan sevgisni belə ifadə edib: “Hər şeyə baxmayaraq, Türkiyəni sevirik”.

Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs olunmuşdu. Bu il iyulun 25-də isə ev dustağı edilmişdi. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Dünən isə Endryu Branson məhkəmənin qərarı ilə sərbəst buraxılıb.

pia.az