Nemət Pənahlıya inzibati həbs cəzası verilib - 30 sutka

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıya 30 sutka inzibati həbs cəzası verilib
###reklam250###

“Report” xəbər verir ki, N.Pənahlı barəsində həbs qərarını Nəsimi Rayon Məhkəməsi çıxarıb.

Məhkəmənin qərarına əsasən, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 30 sutka həbs cəzası verilib.

pia.az