Avstriyada ilk dəfə həmcinslər nikaha girdi

Avstriyada ilk dəfə həmcinslərin nikahı qeydiyyata alınıb
###reklam250###

Oxu.Az “Associated Press” agentliyinə istinadla xəbər verir ki, paytaxt Vyanada iki qadın nikaha giriblər.

Onlar bu məsələ ilə bağlı məhkəmə iclaslarında iştirak ediblər və ölkədə həmcinslərin nikah hüququna nail olublar.

Ötən dekabrda Avstriya Konstitusiya Məhkəməsi homoseksualların 2019-cu il yanvarın 1-dən nikaha girə biləcəyi ilə bağlı qərar qəbul edib. Ancaq cütlük bunu vaxtından əvvəl reallaşdırıb.

pia.az