Konqoda Ebola virusu 125 nəfərin həyatına son qoyub

Konqo Demokratik Respublikasında ölümcül Ebola virusuna yoluxanların sayı 200 nəfərə çatıb
###reklam250###

Onlardan 125-i həyatını itirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının rəsmi nümayəndəsi Tarik Yazareviçin sözlərinə görə, yoluxma hallarının 165-i laboratoriya şəraitində təsdiqlənib.

Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, risk zonasında, əsasən də Beni rayonunda təhlükəsizlik problemləri səbəbindən Ebola virusunun yayılması ilə mübarizə xeyli çətinləşib. Bölgədə baş verən silahlı toqquşmalar həkimləri peyvənd işlərini dayandırmağa məcbur edib və bu da xəstəliyin yayılması riskini artırıb. Bundan başqa, yoluxan insanların bir çoxu peyvənddən boyun qaçırır və ya virusun inkişafının son mərhələsində həkimə müraciət edir.

pia.az