Trampın qızı atasının vəzifə təklifini rədd etdi

ABŞ prezidenti Donald Trampın qızı və müşaviri İvanka Tramp Vaşinqtonun BMT-dəki daimi nümayəndəsi olmaqdan imtina edib
###reklam250###

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, xanım Tramp bu barədə özünün Tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, Nikki Heylinin istefasından sonra atası-ABŞ Prezidenti Tramp bu vəzifəyə ən mükəmməl namizəd kimi onu göstərib.

Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli vəzifəsindən istefa verib.

Prezident onun Ağ Evə gətiriləcəyini istisna etməyib.

pia.az