Rusiyalı hərbçilər üçün ekzoskelet yaradılıb

Rusiya hərbçiləri üçün passiv ekzoskelet yaradılıb
###reklam250###

Bunu RİA Novosti-yə Dəqiq Maşınqayırma İnstitutunun Elmi Tədqiqat Mərkəzinin baş direktoru Albert Bakov deyib.

O bildirib ki, ekzoskeletlər hazırda Müdafiə Nazirliyində aprobasiya prosesindən keçir:

"Hazırda aktiv ekzoskeletin yaradılması üzrə iş aparılır. Lakin bu, gələcək nəsil təchizata daxil ediləcək".

Qeyd edək ki, ekzoskelet xarici karkasın köməyi ilə insanın ümumi gücünün artırılmasına səbəb olan cihazdır. Bu mexanizm hərəkətlər zamanı sərf olunan gücün artırılması ilə insanın biomexanikasını təkrar edir.

pia.az