Tarkan xanımına qadağa qoydu

Müğənni Tarkan xanımı Pınar Tevetoğluna qadağa qoyub
###reklam250###

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, yeni doğulmuş qızı Liya və xanımının sağlamlığı üçün qablaşdırılmış qidalardan istifadə etməyi yasaqlayıb.

Bunun üçün Tarkan işçilərinə kəndlərdən təzə meyvə-tərəvəz, süd, yumurta və digər təbii qidalar almağı tapşırıb.

Qeyd edək ki, 3 ay öncə Amaniyada doğulmuş Liya ana südü ilə qidalanır.

pia.az