İtaliya klubu baş məşqçisi ilə yollarını ayırıb

İtaliyanın ""Kyevo" klubu baş məşqçisi Lorenzo D`Anna ilə yollarını ayırıb
###reklam250###

"Report" klubun saytına istinadən xəbər verir ki, radikal qərara səbəb kimi komandanın uğursuz çıxışı göstərilib. Bu postda onun yerinə Canpyero Venturanın gətiriləcəyi ehtimal olunur. O, son olaraq İtaliya yığmasına rəhbərlik edib və komandası dünya çempionatına vəsiqə qazana bilmədiyinə görə vəzifəsini itirib. Qeyd edək ki, "Kyevo" İtaliya A seriyasında 8 turdan sonra -1 xalla sonuncu pillədə qərarlaşıb. Daha əvvəl Verona təmsilçisinin hesabında 3 xal silinib.

pia.az