Skripalları zəhərləyən kəşfiyyatçılardan biri də Mişkin imiş...

Böyük Britaniyanın Solsberi hadisəsi ilə əlaqədar axtardığı Aleksandr Petrovun əsl adının Aleksandr Mişkin olduğu üzə çıxıb
###reklam250###

Bu barədə Bellingcat və The Insider saytı məlumat yayıb.

Bildirilir ki, Mişkin Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş İdarəsinin (keçmiş “QRU”) ixtisasca həkim olan zabitidir.

Qeyd olunur ki, 1979-cu ildə Arxangelskdə anadan olmuş Mişkin Ukrayna, Dnestryanı və Qərbi Avropada keçirilən xüsusi əməliyyatlarda iştirak edib.

pia.az