Lotu Quli həbs olundu

Azərbaycanlı avtoritetin həbs xəbəri yayıldı
###reklam250###

Azərbaycanlı avtoritet Lotu Quli Türkiyənin İstanbul şəhərində həbs olunub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

AzNews.az xəbəri dəqiqləşdirmək üçün Türkiyədəki mənbələrlə əlaqə saxlayıb.

Portalımıza verilən məlumata görə, Türkiyə polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə bölməsi ("Organize Suçlar") İstanbulun məşhur "Vatan" caddesində əməliyyat keçirib.

Həbs olunanlar arasında "Lotu Quli" ləqəbli Nadir Sələfovun da olduğu deyilir.

İnformasiyanı tam dəqiqləşdirməyə çalışırıq. Ətraflı məlumat veriləcək.

pia.az