Ermənistanın seçki qanunu necə dəyişir?

Ermənistanın Seçki Məcəlləsinə dəyişikliklər layihəsi açıqlanıb
###reklam250###

Əsas yenilik parlament seçkisində ərazilərdən namizəd göstərmək qaydasının ləğvi təklifidir. Dəyişiklik layihəsinə əsasən, proporsional üsulla keçirilən parlament seçkisində partiya və ya blok ölkə üzrə vahid namizəd siyahısı təqdim etməlidir.

Siyahıya ən azı 60, ən çoxu 300 namizəd daxil edilə bilər (Ermənistan Konstitusiyasına görə, parlamentin deputatlarının sayı 101 nəfərdən az olmamalıdır).

Məcəlləyə başqa bir yenilik təklifinə əsasən, parlament seçkisinə qatılan partiya və ya blokun namizədlərin siyahısında hər üç nəfərdən biri qadın olmalıdır.

##relatedPost2##

Siyahıda ümumi namizədlərin 30 faizindən çox olmayaraq partiyasız şəxslər də yer ala bilər.

Başqa bir təklifə görə, hərbi qulluqçu səs verərkən rütbəsi yüksək şəxsin məntəqədə olması yasaqdır.

Layihəyə əsasən, İctimai Televiziyada namizədlərin debatının təşkili mütləq şərtdir. Ən azı bir debat namizədlər siyahısında birinci yerdə olan şəxslər arasında keçirilməlidir.

Seçki Məcəlləsinə dəyişikliklər layihəsi təşviqat prosesi zamanı xeyriyyəçilik aksiyalarına sərt qadağaları da nəzərdə tutur.(Novator.az)

pia.az