Bu gün bal yarmarkasının açılış mərasimi olacaq

Bu gün Bakıda Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkasının rəsmi açılış mərasimi olacaq
###reklam250###

Bunu Milli.Az-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər.

Açılış mərasimi saat 14:00-da baş tutacaq.

Qeyd edək ki, Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkasının açılış mərasimi oktyabrın 5-də olmalı idi. Lakin hava şəraitinin kəskin şəkildə dəyişməsi ilə əlaqədar təxirə salınmışdı.

Yarmarka Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində) keçirilir.

Yarmarkaya oktyabrın 28-də yekun vurulacağı gözlənilir.

pia.az