Kərim Həbib-Makqreqor döyüşündən 100 min dollar qazandı - Foto

"French Montana" ləqəbi ilə tanınan amerikalı reper Kərim Harbuş Həbib Nurməhəmmədov - Konor Makqreqor döyüşündən 100 min dollar qazanıb
###reklam250###

Reper bu sözləri müsahibəsində qeyd edib. Belə ki, onun sözlərinə görə, rusiyanı təmsil edən Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor oyununa "qardaşının" qələbəsinə pul qoyaraq qazanıb:

"Mən qardaşım, dostum, Həbibin qələbəsinə inanırdım. Onun qələbəsinə pul qoydum və itirmədim".

Qeyd edək ki, döyüşdə məğlub olan irlandiyalı oyunçu Konor Makqreqor qisas oyununu səbirsizliklə gözlədiyini deyib.(publika.az)

pia.az