ABŞ-ın pilotsuz uçuş aparatı Rusiya sərhədində kəşfiyyat apardı

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RQ-4B Global Hawk”strateji pilotsuz təyyarəsi Rusiya sərhədləri yaxınlığında 11 saat ərzində uçuş həyata keçirib
###reklam250###

Bu barədə “PlaneRadar” aviasiya resursu məlumat yayıb.

Təyyarənin İtaliyadakı “Sigonella” aviabazasından havaya qalxdığı bildirilir. Bakı vaxtı ilə saat 9:27 pilotsuz cihaz Ukrayna, bir saat sonra isə Polşanın hava məkanında uçuş həyata keçirib.

Daha sonra isə bir neçə saat ərzində Amerika təyyarəsi Litva ərazisində olaraq Kalininqrad yaxınlığında kəşfiyyat aparıb.(virtualaz.org)

pia.az