Tətbiqi mexanikaya dair dərs vəsaiti çapdan çıxıb

Tələbə və mütəxəssislər üçün nəzərdə tutulub
###reklam250###

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən bildiriblər ki, dərs vəsaitində mövzular qısa və aydın şəkildə verilib. Bu vəsaitin hazırlanmasında mexanikanın müxtəlif bölmələrinə aid zəngin ədəbiyyatdan istifadə edilib.

Tətbiqi mexanika fənni təbiət və texniki elmlər sırasına aid olub, qeyri-maşınqayırma ixtisaslarında təhsil alan tələbələrin “Nəzəri mexanika”, “Maşın və mexanizmlər nəzəriyyəsi” və “Maşın hissələri” fənlərinin əsas hissələrinin öyrənmələrinə, eləcə də mühəndis hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Dərs vəsaiti tələbə və mütəxəssislər üçün nəzərdə tutulub. (AZƏRTAC)

pia.az