Hindistanda zəvvarları daşıyan furqon 150 metrlik dərəyə düşüb

Hindistanın şimalında furqonun 150 metrlik dərəyə düşməsi nəticəsində 9 nəfər ölüb, daha 5-i ciddi xəsarət alıb
###reklam250###

Bu barədə "Times of India" nəşri məlumat yayıb.

Bildirilir ki, hadisə cümə günü Uttarkaşi şəhərində baş verib. Bir qrup zəvvar Himalaydakı Qanqotri məbədini ziyarətdən qayıdırmış. Sərnişinlərdən birinin sözlərinə görə, hansısa məqamda avtobus gözlənilmədən yoldan çıxıb. Qəza zamanı salonda təqribən 13 zəvvar olub. Ölənlər arasında 8 sərnişin və avtobusun sürücüsü olub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin dəqiq səbəbləri araşdırılır.(report)

pia.az