Şəki sakini dayısını bıçaqlayıb

Şəki rayonunda 62 yaşlı kişi bıçaqlanıb
###reklam250###

Bu gün axşam saatlarında Şəki şəhəri, H.Aslanov küçəsi, ev 3 ünvanında yaşayan, 1956-cı il təvəllüdlü Əkrəm Ağaməmməd oğlu İsmayılov döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Ə.İsmayılovun mübahisə zəminində bacısı oğlu tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)

pia.az