İmişlidə 4 uşaq anası itkin düşüb - Foto

İmişli rayonunda 30 yaşlı qadın itkin düşüb
###reklam250###

Rayon sakini, 1988-ci il təvəllüdlü Rövşanə Elşən qızı Camalova oktyabrın 3-də evdən çıxaraq naməlum istiqamətə gedib.

Dörd uşaq anası olan R.Camalovanın ailəsi bununla bağlı İmişli rayon Polis şöbəsinə məlumat verib.

Onu görənlərdən 050-982-84-84 və 050-644-18-73 telefon nömrələrinə zəng edərək məlumat vermələri xahiş edilir.(report)

pia.az