Balakəndə 2 nəfər qoz ağacından yıxılaraq xəsarət alıb

Balakən rayonunda 2 nəfər qoz ağacından yıxılaraq ağır xəsarət alıb
###reklam250###

“Report”un Zaqatala-Balakən bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayonun Qullar kənd sakini, 1958-ci il təvəllüdlü Əlxan Abdulxalıq oğlu Xipiyev və rayonun Tülü kənd sakini, 1947-ci il təvəllüdlü Alı Musa oğlu Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olublar.

Xəstəxanadan “Report”a bildirilib ki, Ə.Xipiyev və A.Xəlilov özlərinə məxsus bağda qoz yığan zaman ehtiyatsızlıqdan ağacdan yıxılaraq müxtəlif sınıq xəsarətləri alıblar.

Hər iki şəxsin vəziyyəti orta-ağır qiymətləndirlir.

Faktla bağlı araşdırma aparılır.