Bu şounu izləyən 4 min cütlük ayrıldı

Şotlandoyalı şoumen Daniel Sloss “Jigsaw” adlı stəndapına görə bir anda məşhurlaşıb
###reklam250###

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, Slossun şousunu izləyən 400 cütlük ayrılıb. Ardınca şounun görüntüləri sosial mediada da yayılıb. Və ayrılan cütlüklərin sayı 4 minə qalxıb.

Eşq mövzusunu ələ salan Daniel “Biriylə bərabər deyilsinizsə, yarım insansınız” fikrinin çox yayıldığını vurğulayıb. Sloss iddia edib ki, bu fikir hər kəsi tez zamanda özünə sevgili və həyat yoldaşı tapmağa vadar edir. Nəticədə qısa müddət ərzində yaranan münasibətlər çox keçəmədən bitir. Şousuna davam edən Daniel bu sözləri deyib:

“Uğursuz bir insanın yanımızda olması üçün imkan yaradırıq. Həyatımızda heç kimin olmaması yerinə, mütləq şəkildə birinin olmasını seçirik. Bu zaman seçimin düz və ya səhv olduğunu anlamırıq”.

Şoumenin sözlərinə inanan cütlüklər isə ayrılmağa qərar verib. Nəticədə 4 min sevgili cütlük ayrılıb, 17-si isə boşanıb.

pia.az