İndoneziya rupisi son 20 ildə ən aşağı həddə düşüb

İndoneziya rupisinin ABŞ dollarına nisbətən məzənnəsi Çin ilə ABŞ arasında davam edən ticarət müharibəsi, həmçinin neftin qiymətinin qalxması nəticəsində rekord səviyyədə aşağı düşüb
###reklam250###

Ölkənin ticarət kəsirinin kəskin artması nəticəsində son hərraclarda 1 ABŞ dolları 15 min rupiyə satılıb. Bu, Asiyada maliyyə böhranının baş verdiyi 1998-ci ildən bəri ən aşağı göstəricidir.

İndoneziya Bankının nümayəndəsi Coşua Pardedin sözlərini sitat gətirən qəzet yazır: "Vaşinqton tərəfindən Çin mallarına qoyulan məhdudiyyətdən sonra dollar əsas valyutalara nisbətdə möhkəmlənir". Bundan əlavə, neftin qiymətinin artması nəticəsində ölkədə rekord səviyyədə - 1,5 milyard dollardan çox ticarət kəsiri qeydə alınıb.

İndoneziya hökuməti ötən ay idxal edilən malların həcmini azaltmaq üçün 1,1 min addan çox əmtəəyə rüsumu artırıb. Maliyyə naziri Sri Mulyani İndravati bildirib ki, hökumət bu yolla ixracın qiymətini ildə 2 faiz azaltmağa çalışır.(azərtac)

pia.az