Turun ən yaxşı oyunçusu açıqlandı

Topaz Premyer Liqada 6-cı turun ən yaxşı oyunçusu müəyyənləşib

Milli.Az PFL-in saytına istinadən xəbər verir ki, InStat Sportun təhlilinə əsasən, başa çatan turun ən yüksək indeksə malik futbolçusu "Qarabağ"ın yarımmüdafiəçisi Miçel Maderadır.

Qeyd edək ki, ispaniyalı futbolçu son turun "Sabah"la oyununda (2:0) komandasının ilk qolunu vurub.

pia.az