Azərbaycan Güləş Federasiyasının rəhbərliyində dəyişiklik olub

Azərbaycan Güləş Federasiyasının sabiq prezidenti Fazil Məmmədov rəsmi olaraq vəzifəsini tərk edib
###reklam250###

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, Federasiyanın rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən vəzifəsinə birinci vitse-prezident Namiq Əliyev təyin olunub.

Qeyd edək ki, Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti olub. O, həmçinin Azərbaycan Otüstü Xokkey Federasiyasına və Azərbaycan Velosiped İdmanı Federasiyasına rəhbərlik edir.

Namiq Əliyev 2010-cu ildən Dünya Güləş Birliyinin Büro üzvüdür.

pia.az