Azərbaycan çempionatında ilk dəfə bu ölkənin futbolçusu oynayacaq

“Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edib
###reklam250###

Paytaxt təmsilçisi Diallo Quidileylə cari mövsümün sonuna qədər müqavilə bağlayıb.

29 yaşlı dayaq yarımmüdafiəçisi Mavritaniya yığmasının üzvüdür.

“Keşlə”yə azad agent kimi keçən futbolçunun son iş yeri Türkiyənin “Gənclərbirliyi” klubu olub. Fransa vətəndaşlığı da olan və Fransanın 20 yaşadək millisində çıxış etmiş Diallo Quidiley karyerası ərzində bu ölkənin “Trua”, “Brest”, “Şatoru”, “Nansi” klublarında, eləcə də, Kiprin AEL komandasında çıxış edib.

Qeyd edək ki, indiyədək Azərbaycan Premyer Liqasında Afrikanın ərəbdilli ölkələrindən olan Mavritaniyadan futbolçu çıxış etməyib.

pia.az