Rusiya Suriyaya S-300 raketləri verir

Moskva əməliyyat bölgəsində öz təhlükəsizliyini təmin etməyə çalışır  
###reklam250###

Rusiya Suriyaya S-300 zenit – raket komplekslərini verməyə başlayıb. TASS agentliyinin məlumatına görə, bunu sentyabrın 28-də Rusiyanın xarici işlər naziri Sergei Lavrov BMT Baş Assambleyasının sesiyası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, prosesə “İl-20” təyyarəsi ilə bu günlərdə baş verən insidentdən dərhal sonra başlanıb.

Lavrov bildirib ki, Rusiya silahlı qüvvələri həmin hadisə barədə özünün xarici tərəfdaşlarına tam məlumat verib və öz hava qüvvələrinin təhlükəsiszliyinin 100 faiz təmin edilməsinə çalışır.

Qeyd edək ki, Rusiyanın “İl-20” təyyarəsini Suriyanın hava hücumlarından müdafiə sistemi vursa da Moskva insidentə görə İsraili günahlandırır.

##relatedPost##

Moskva iddia edir ki, Suriyanın Latakiya əyalətində hərbi reyd keçirən İsrailin F-16 təyyarələri həmin vaxt yerə enməkdə olan Rusiyanın “İl-20” kəşfiyyat təyyarəsinin arxasında gizlənərək onu hədəfə çeviriblər.

İsrail ittihamı rədd edir və bildirir ki, “İl-20” təyarəsi Rusiyanın zenit-raket kompleksi ilə vurularkən, F-16 təyyarələri artıq İsrail ərazisində olublar. Qeyd edək ki, sentyabrın 17-də baş verən həmin hadisə nəticəsində 15 Rusiya hərbçisi həlak olub. (azadlıq.org)

pia.az