Dünyanın güclənmiş və zəifləmiş valyutalarının reytinqi açıqlanıb

"Deutsche Bank" dünya valyutalarının məzənnələrinin real dəyərinə uyğunluğu baxımdan icmalını dərc edib
###reklam250###

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, icmalda əhatə edilən 31 valyutanın 10-u “güclənmiş”, qalan 21-i isə “zəifləmiş” olduğu üzə çıxıb.

“Güclənmiş” valyutaların Top-5-nə Çex Respublikası kronası, Koreya Respublikası vonu, Tailand batı, ABŞ dolları və İsveçrə frankı daxildir. Bunlardan ABŞ dolları real dəyərindən 7 faiz baha alınıb-satılır.

pia.az