Nazirlik "WhatsApp"da vərəmlə bağlı yayılmış səs yazısı ilə bağlı əhaliyə müraciət etdi

Səhiyyə Nazirliyi əhaliyə müraciət edərək, "WhatsApp" mobil əlavəsində qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması, eləcə də ümumtəhsil müəssisəsində vərəmin sürətlə yayılması ilə bağlı yayılmış məlumatlara inanmamağa çağırıb
###reklam250###

Nazirliyin mətbuat xidmətindən  bildiriblər ki, faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səbəb olur.

Bakı şəhər baş ftiziatrı Yavər Şıxəliyev isə bildirib ki, ölkədə vərəm əleyhinə tədbirlər həyata keçirilir. Tədbirlər “Milli proqtəhsil və ali təhsil müəssisələrində hər il vərəm xəstəliyinin erkən aşkarlanması üçün kütləvi və fərdi tuberkulin diaqnostikası yerinə yetirilir”, - Şıxəliyev söyləyib.

Baş ftiziatr qeyd edib ki, müəllimlər, uşaq bağçasının, o cümlədən ictimai iaşə müəssisələrinin əməkdaşları tibbi müayinədən, eləcə də vərəm əleyhinə yoxlanılırlar. Xəstələr vərəm əleyhinə keyfiyyətli dərmanlarla pulsuz şəkildə tam təmin olunurlar. Vərəm müəssisələrinin material-texniki bazalarının vəziyyətivə bu müəssisələrin bronx-ağ ciyər xəstəliklərinin diaqnostik imkanları yüksək səviyyədədir. Ötən il Bakıda vərəmlə ilkin xəstələnmələrin səviyyəsi keçmiş sovetlər birliyinə daxil olan ölkələrdən 4-5 dəfə aşağıdır. Bakı şəhərinin Yasamal və Nəsimi rayonlarında uzun illər aparılan vərəm əleyhinə tədbirlər nəticəsində ilkin xəstələnmənin səviyyəsi ölkəmizin digər bölgələrindən 4 dəfə aşağıdır. Ona görə də Yasamal və Nəsimi, eləcə də ölkənin digər bölgələri haqqında xəstəliyin yayılması barədə yayılan yalnış informasiyalar əsassızdır. Belə qərəzli informasiyalar uşaq, yeniyetmə və gənclərin müayinələrdən yayındırılmasına xidmət edir. Hər il digər bölgələrdə olduğu kimi Yasamal və Nəsimi rayonlarında yüz minlərlə uşaq və yeniyetmə vərəmə görə profilaktik müayinələrə cəlb olunur.

pia.az