ABŞ-ın 650 TIR silahı kimə təhvil verdiyi ortaya çıxdı

ABŞ-ın son olaraq 1500 TIR dolu silahı Suriya-İraq sərhədindəki Semalka Sərhəd Məntəqəsindən keçirib, terror təşkilatı YPG-yə təhvil verdiyi dəqiqləşib
###reklam250###

Xüsusi xidmət orqanları, bu TIR-lardan 650-sinin, İŞİD-la mübarizə adı altında Suriyanın şimal-şərqindəki Fərat çayı üzərində yerləşən Deyr Əz Zor-dakı YPG-li terrorçulara göndərildiyini müəyyən edib.Silahların şəxsən Pentaqona bağlı hərbi rəsmilər tərəfindən, YPG-nin Suriyadakı ikinci adamı olan, sözdə baş komandan Çiya Kobani kod adlı Azad Sımi-yə təhvil verildiyi müəyyən edilib.104 TÜRK ƏSGƏRİNİN QATİLİXüsusi xidmət orqanlarının təsbitinə görə, ABŞ-ın "General Məzlum" dediyi YPG-nin əsas səlahiyyətlisi Fərhad Abdi Şahinin də köməkçisi olan Kobani doğumlu Azad Sım, 20 ildən artıq bir müddətdir ki, PKK daxilində fəaliyyət göstərir. Terrorçu Sımiylə bağlı əldə edilən arxiv qeydlərində çox vacib bir detal da ortaya çıxıb. Bu terrorçunun 12 əsgərin şəhid edildiyi, 8 əsgərin qaçırıldığı, 16 əsgərin də yaralandığı Dağlıca polis bölməsinə hücumun planlayıcısı və koordinatoru olduğu müəyyənləşdirilib. Hakkari çöllərində 2007-2011 illərində Cilo əyaləti üzrə məsul və PKK-nın silahlı qolu HPG-nin də Hərbi Şura üzvü olan Azad Sım, sərhəd xəttində 104 əsgərimizin şəhid edildiyi xain hücumların bir nömrəli günahkarı olaraq Van, Hakkari və Şırnak Baş Prokurorluqları tərəfindən axtarışdadır. Terrorçu Sım, 2008-də Aktütün polis bölməsinə təşkil olunan 17 əsgərin şəhid edildiyi hücum ilə 2011-də Hakkarinin Kiçik Çuxur rayonunda 25 əsgərin şəhid edildiyi, hücumların da planlayıcısı və icraçısı kimi axtarılır.(Müxalifət.az)

pia.az