Vladimir Putinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Sentyabrın 27-si səhər saatlarında Rusiya prezidenti Vladimir Putin Bakıya gələcək
###reklam250###

Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, V.Putin Bakıda Rusiya - Azərbaycan regionlararası forumda iştirak edəcək: “Dövlət başçıları Vladimir Putin və İlham Əliyev region rəhbərləri ilə görüşəcək və onların qarşısında çıxış edəcəklər. Bundan əvvəl Rusiya prezidenti Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi görüşlərini izləyəcək”.(Report)

pia.az