Rəsmi saytlara giriş məhdudlaşdı - Problem yaranıb

Azərbaycanda bütün dövlət qurumlarının saytlarına girişdə problem yaranıb
###reklam250###

PİA.AZ qafqazinfo.az-a istinadən xəbər verir ki, artıq bir neçə dəqiqədir ki, gov.az domenində yerləşən rəsmi saytlara daxil olmaq mümkün deyil.

Bununla bərabər rəsmi dövlət agentliyi olan Azərtac-a da giriş məhdudlaşdırılıb.

Problemin nədən qaynaqlanması haqda hələlik heç bir məlumat yoxdur.

Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib ki, dövlət qurumlarının saytlarına Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən nəzarət olunur.

pia.az