Paşinyanın partiyası Yerevanın şəhər şurası seçkilərində qalib gəlib
Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Komissiyanın məlumatına görə, “Mənim addımım”seçki bloku seçicilərin 81,06 faizinin səsini toplayıb. Rəsmi məlumatda bildirilir ki, 475 seçki məntəqəsinin hamısının bülletenlərinin hesablanmasına əsasən “Mənim addımım” 370,3 min seçicinin 294109 nəfərinin səsini toplayb.
Nəticələrə görə ikinci yerdə Qaqik Çarukyanın rəhbəri olduğu “Çiçəklənən Ermənistan” Partiyası qərarlaşıb. Partiya 6,95 faiz (25219 səs) toplayıb. Seçkilərdə qalib gəlmək uğrunda 12 partiya və blok mübarizə aparıb.
Qeyd edək ki, seçkilərdə kütləvi qanun pozuntuları qeydə alınıb. Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti ötən gün saat 13:00-dək 132 müraciətin daxil olduğunu açıqlayıb.
pia.az