Ağ Evdən İranın terror ittihamına cavab

Ağ Ev İran tərəfinin Əhvazda terror aktında ABŞ-ın əli olması ilə bağlı itthamlarına cavab verib
###reklam250###

Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Nikki Heyli Tehranın ittihamlarını rədd edib. “Həsən Ruhani bizi istədiyi qədər suçlaya bilər. Suçu bizə atmaqdansa güzgüyə baxsınlar” deyən Ağ Ev sözçüsü dolayısı ilə terror aktında İranın özündə bəzi siyasi dairlərin əli olmasına işarə vurub.

Qeyd edək ki, sentyabrın 22-də İranın Xuzistan ostanının Əhvaz şəhərində hərbi parad zamanı terror aktı baş verib, nəticədə 25 nəfər ölüb, 53 nəfər yaralanıb. Terroru törədənlərdən 2 nəfəri öldürülüb, ikisi yaralanıb. Hadisədən sonra Tehran terror aktının baş verməsində ABŞ-ı suçlandırıb. İranın İslam Keşikçiləri Korpusu terror aktına görə qanlı qisasın alınacağını bildirib.

pia.az