Güclü yağış elektrik stansiyalarında bəzi problemlərə səbəb olub - Fotolar

Bu gün səhər saatlarında yağan güclü yağış Bakının bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilələrin yaranmasına səbəb olub
###reklam250###

Xutor qəsəbəsində yerləşən 97 saylı yarımstansiya sel sularına məruz qalıb. Nəticədə Nəsimi və Nərimanov rayonlarında bir neçə küçənin elektrik enerjisi kəsilib.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bu barədə musavat.com-a məlumat verib: "Ölkə ərazisində hava səraitinin kəskin dəyişməsi Şimal, Qərb və Cənub Regional Elektrik şəbəkələrində bəzi fəsadlara səbəb olub, elektrik enerjisi verilişi xətlərində "Azərişıq" ASC əməkdaşları qabaqlayıcı tədbirlər görüblər, yaranan qısa fasilələr operativ şəkildə aradan qaldırılıb. Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən 97 saylı yarımstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb. Nəsimi və Nərimanov rayonlarinin Cavadxan və Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında qısa müddətli fasilə yaranıb".

pia.az