“Qarabağ” – “Arsenal” oyununa artıq 10 min bilet satılıb

Avropa Liqasında “Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına satılan bilet sayı açıqlanıb
###reklam250###

Ağdam klubunun rəsmi "Facebook" səhifəsində bildirilir ki, artıq 10 min bilet sahibini tapıb.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), İticket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Qeyd edək ki, “Qarabağ” - ”Arsenal” oyunu oktyabrın 4-ü saat 20:55-də keçiriləcək.(virtualaz.org)

pia.az