Rövnəq Abdullayev medalları qaliblərə təqdim etdi - Fotolar

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında üçüncü günün qalibləri müəyyənləşib
###reklam250###

Kişilər arasında 73 kiloqram çəki dərəcəsində qələbəni koreyalı cüdoçu Çanqrim An qazanıb. O, yaponiyalı Soiçi Haşimotonu məğlub edib. Azərbaycanı təmsil edən Hidayət Heydərov isə Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirə qalib gələrək bürünc medal qazanıb.

Qaliblərə medalları Azərbaycan Cüdo Federasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev təqdim edib.(Qafqazinfo)

pia.az