Bakıda xuliqanlıq edən tutuldu

Bakıda xuliqanlıq edən şəxs tutulub
###reklam250###

DİN-dən verilən məlumata görə, sentyabrın 21-də Nəsimi rayonunun R.Behbudov küçəsində naməlum şəxs Bakı şəhər sakini Şirazi Qarayevi bıçaqla hədələyib, habelə “Mercedes” markalı avtomobilinin şüşəsini və güzgüsünü sındırıb.

Hadisəni xuliqanlıq zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini Şahin Səmədov Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

pia.az