Qırğızıstanda müğənni qızı hədələdilər

“Məmnuniyyətlə başını kəsəcəyik”
###reklam250###

Qırğızıstanda 19 yaşlı müğənni Zere Asılbek yeni “Qız” adlı klipini təqdim edəndən sonra qalmaqal başlayıb.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, gənc müğənninin klipdə alt paltarda görünməsi əhali arasında birmənalı qarşılanmayıb. Zereyə hər tərəfdən hədələr yağmağa başlayıb. Hədə-qorxu gələnlərdən biri yazıb:

“Klipi silməli və üzr istəməlisən. Əks halda, məmnuniyyətlə, başını kəsəcəyik”.

Müğənninin hədələrlə bağlı polisə müraciət etdiyi bildirilir.

pia.az