Bakıda narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində Türkan qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olan Zəhvər Nəsirov saxlanılıb
###reklam250###

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Report”a bildirilib ki, onun yaşadığı evə baxış keçirilən zaman 1 kiloqram 083 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 1,034 qram metamfetamin aşkar olunaraq götürülüb. Z.Nəsirov ifadəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

pia.az