Rusiyada azərbaycanlı qadağan olunmuş ərazidə saxlanıldı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin Kalmıkiya Respublikası və Həştərxan vilayəti üzrə əməkdaşları Rusiya qanunvericiliyinin pozulması faktını aşkarlayıblar
###reklam250###

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, Həştərxanın Xarabalinsk rayonunda sərhədçilər qadağan olunmuş əraziyə girən Azərbaycan vətəndaşını saxlayıblar.

Kişi bunu bilmədən etdiyini deyib. Ancaq qanunu bilməmək məsuliyyətdən azad etmir.

Həmin şəxs Rusiyanın qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunması və prosessual qərarlar qəbul edilməsi üçün hüquq-mühafizə orqanlarına təhvil verilib.

pia.az