ABŞ-da atışma:3 ölü, 5 yaralı

ABŞ-ın Merilend ştatının Harford dairəsində baş vermiş silahlı toqquşma nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-ın Merilend ştatında atışma baş verib.

Teleqraf.com xəbər verir ki, Xarford dairəsinin şerifi Ceffri Qaler hadisə ilə bağlı təfərrüatlar verməsə də, çoxsaylı xəsarət alanlar olduğunu bildirib.

"Twitter" səhifəsində yerləşdirilən məlumatda yazılır: "Spesutia və Perrimen yolları rayonunda atışma olub. Çoxsaylı xəsarət alanlar var. Vəziyyət tez-tez dəyişir. Xahiş olunur, həmin rayondan uzaq durasınız".

pia.az