Monteneqro parlamentinin sədr müavini Azərbaycanda səfərdədir

Monetenqro parlamentinin sədr müavini Genci Nimanbequnun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir
###reklam250###

"Report" Monetenqro səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıya səfəri zamanı Monetenqro parlamentinin sədr müavini azərbaycanlı deputatlarla görüş keçirib və görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən də iki ölkənin parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Monteneqronun nümayəndə heyəti həmçinin sentyabrın 21-də Milli Məclisin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.

pia.az