İnstitut rəhbəri: Saat 11-dək 2253 könüllü qan verib

Bu gün Aşura mərasimi ilə bağlı məscidlərdə qanvermə aksiyası keçirilir
###reklam250###

Saat 11-ə qədər artıq 2253 könüllü qan verib.

Bu barədə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

Onun sözlərinə görə, 1013 litr qan toplanıb. Qanvermə aksiyası səhər saat 7-dən başlayıb, axşama qədər davam edəcək. Əlimirzayeva deyib ki, toplanan qan 4 infeksiyaya qarşı yoxlanılacaq, bundan sonra ehtiyacı olanlar üçün istifadə ediləcək.

Mərkəzin mütəxəssisləri aksiyanın keçirdiyi məscidlərdədirlər. Yaşı 18-dən aşağı, çəkisi 50 kiloqramdan az, eləcə də hepatit, vərəm, QİÇS, toksoplazmoz, exinokokkoz, qan, onkoloji xəstələrin, narkotik istifadəçilərinin qan verməməsi tövsiyə olunur.

pia.az