Maduro Nüsrətin restoranına getdi və... xalqını qəzəbləndirdi - Video

Venesuela prezidenti Nikolas Maduro türkiyəli aşpaz Nüsrət Gökçenin restoranına gəlib
###reklam250###

Bundan sonra internet istifadəçiləri onu bədxərclikdə ittiham ediblər.

Bununla bağlı “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, venesuelalı lider həyat yoldaşı ilə birlikdə “Nurt-Et” restoranına baş çəkmək üçün Türkiyəyə gəlib. Orada prezident və xanımı dəyəri 100 dollar olan yemək sifariş ediblər və üzərində “Salt Bae” yazılmış futbol köynəyi hədiyyə qazanıblar.

Bundan başqa, Gökçə Maduroya fərdi qutuda siqar verib.

Videogörüntüdə prezidentin “Bu, həyatda bir dəfə olur” fikrini deməsi aydın eşidilir.

Venesuela sakinləri isə ölkənin böhran vəziyyətində olmasına baxmayaraq, prezidentin əylənməsini tənqid ediblər.

pia.az