Beynəlxalq badminton turniri Bakıda keçiriləcək

2020-ci il Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan “International Challenge” kateqoriyalı beynəlxalq badminton turniri Bakıda keçiriləcək
###reklam250###

“Report” Azərbaycan Badminton Federasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, Beynəlxalq Badminton Federasiyasının 2019-cu il təqvim planına daxil edilən “Azerbaijan International 2019” Bakı İdman Sarayında təşkil olunacaq.

Qeyd edək ki, beynəlxal turnir 2019-cu il iyunun 6-dan 9-a kimi baş tutacaq. 5 kateqoriya üzrə qalib və mükafatçıların müəyyənləşəcəyi yarışın ümumi mükafat fondu 25 min ABŞ dollarıdır. Bu, Azərbaycanda keçiriləcək ilk böyük badminton turniridir.

pia.az