Prezident Cavid Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Cavid Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
###reklam250###

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Cavid Qənbər oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sentyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun 60 yaşı tamam olur.

pia.az