Rusiyada kredit borcları sürətlə artır

Rusiya vətəndaşlarının kredit borcları sürətlə artır
###reklam250###

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın Milli Kredit Tarixçiləri Bürosu yayıb.

Məlumata görə, təkcə avqust ayında Rusiya vətəndaşları, təxminən, 1 mln. ədəd yeni kredit kartı əldə edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 56,8% çoxdur.

Rusların kəskin borclanmasına səbəb kimi yaşayış xərclərini ödəyə bilməmələri göstərilir. Hazırda hər Rusiya vətəndaşı orta hesabla banka 92,2 min rubl (təxminən, 2 300 manat) borcludur.

pia.az