Tennisçilər öz qələbələrini mərhum idmançıya ithaf ediblər

Şabran Uşaq-Gənclər Şahmat İdman Məktəbinin tennisçiləri 13-14 sentyabr tarixdə Sumqayıt şəhərində keçirilən "2009-cu il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar arasında stolüstü tennis turniri"ndən qalibiyyətlə qayıdıblar
###reklam250###

Sumqayıt, Bakı, Şabran üzrə yüzə yaxın idmançının iştirak etdiyi yarışda Şabran UGŞİM-i 6 tennisçi təmsil edib.

Yarışın təticələrinə əsasən idmançılarımızdan Şəbnəm Mansurova I yer, Tunar Bağırov II yerin sahibi olublar.

Tennisçilərimiz öz qalibiyyətlərini idman yarışında iştirak etmək üçün Gürcüstan Respublikasına yollanan, lakin sentyabrın 8-də orada avtomobil qəzası nəticəsində faciəvi şəkildə həlak olan sambo idman növü üzrə Azərbaycan birinciliyinin qalibi və mükafatçısı, dəfələrlə Bakı çempionu və müxtəlif beynəlxalq yarışların mükafatçısı olmuş rayonumuzun fəxri idmançısı, yığma komandanın üzvü Yusif Kərimovun xatirəsinə ithaf ediblər.

pia.az