Putin Bakıya niyə gəlir? – Həm də Paşinyanla uğursuz görüşdən sonra...

Politoloq: “Rusiyada bəzi mərkəzlər artıq başa düşməyə başlayıblar kı, Cənubi Qafqazda əsas tərəfdaş istiqamətini dəyişməyin vaxtı çatıb”.
###reklam250###

“Azərbaycan nə KTMT yə, nə NATO ya üzv olmağı qarşısına məqsəd qoymayıb. Lakin, əgər hər hansı istiqamətdən işğal altındakı torpaqlarla bağlı Bakıya kömək ediləcəksə o zaman biz bütün variantları nəzərdən keçirə bilərik”.

Sentyabrın 25-də Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri gözlənilir. Səfərin gündəliyi tam açıqlanmasa da bəzi informasiya mənbələri iddia edirlər ki, səfər çərçivəsində Bakıda Rusiya qoşunlarının Azərbaycanda yerləşdirilməsi müzakirə oluna bilər. Bunun müqabilində isə Ermənistanın işğalı altında olan 5 rayonun Azərbaycana qaytaılacağı iddia olunur.

Qeyd edək ki, yüksək səviyyədə baş tutan Soçi görüşündən sonra sentyabrın 25-də Rusiya prezidenti Vladimir Putinin Bakı səfərinin hansı zərurətdən irəli gəldiyi siyasi-ictimai dairələrdə ciddi maraq doğurur. Çünki Rusiya prezidentinin Ermənistanın baş naziri Nikol Paşinyanla Kremldəki görüşündən həmən sonra Vladimir Putinin Azərbaycana səfər barədə qərar verməsi regionda çox ciddi prosseslərin getdiyindən xəbər verir və təbii olaraq bu səfər bir çox suallar doğurur. Bəzi siyasi müşahidəçilərin fikrincə Paşinyanla görüşdən qəzəbli ayrılan Vladimir Putinin Bakı səfəri üsyankar Ermənistanı cəzalandırmaq məqsədi daşıya bilər.

##relatedPost##

Xatırladaq ki, bu, cari il ərzində Azərbaycan və Rusiya prezidentlərinin sayca dördüncü görüş olacaq. Onu da qeyd edək ki, son aydaisə Azərbaycan mətbuatında daha çox müzakirə olunan məsələlrdən biri də Azərbaycanın KTMT-yə üzv olub-olmaması məsələsidir.

Bəzi müşahidəçi və təhlilçilər hesab edir ki, Rusiya prezidenti Azərbaycanın bu quruma müşahidəçi, yaxud üzv olması halında işğal altındakı 5 rayonun geri qaytarılması məsələsini Bakıda müzakirə edə bilər.

Zaur Məmmədov: “Hər hansı xarici dövlətin ordusunun Azərbaycan ərazisinə yerləşdirilməsi mümkün olmayan məsələdir. Bakı kifayət qədər ayıq siyasət aparır”.

PİA.az-ın əməkdaşı Putinin Bakı səfəri ətrafında yaranmış vəziyyəti Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədovla müzakirə edib. Politoloqla kiçik müsahibəni oxucularımızın diqqətinə cəlb edirik:

- Sentyabrın 25-də Azərbaycana səfər edəcək Rusiya prezidenti Vladimir Putinin prezident İlham Əliyevlə müzakirə edəcəyi məsələlər arasında Rusiya qoşunlarının yenidən Azərbaycana qaytarılmasının müzakirə ediləcəyi barədə söyləntilər var. Hətta iddiaya görə Rusiya ordusunun yenidən Azərbaycana qaytarılması müqabilində 5 rayonun Azərbaycana qaytarılmasını təklif edir. Rusiya ordusunun yenidən Azərbaycana qaytarılmasını mümkün hesab edirsinizmi?

- Doğrudan da son zamanlar rus sülhməramlılarının Azərbaycan və erməni hərbçilərinin arasına yerləşdirilməsi müqabilində ətraf rayonların qaytarılmasının mümkünlüyü haqqında fikirləri eşitmək olar. Aprel hadisələrindən sonra Moskva tərəfindən bu variantın Bakıya təklif olunması haqqında bəzi məlumatlar var. Lakin, bağlı qapılar arasında keçirilən görüşlərdə nələrin müzakirə olunmasını ancaq görüşlərdə iştirak edənlər bilir. Şaiyələri, dezinformativ xarakterli informasiyaları informasiya epoxasında yaymaq çətin deyil.

Digər tərəfdən, Moskva tərəfindən bu kimi təkliflərin edilməsi gözləniləndir. Lakin, Bakının mövqeyi bəllidir. Münaqişənin nizamlanmasının ilk mərhələsi kimi ətraf rayonlar qaytarılmalıdır. Bu mövzuda Rusiyanın başçılıq etdiyi iqtisadi bloklarda iştirak, Moskvanın Cənubi Qafqazla bağlı siyasi istəklərinin reallaşdırılmasına töhfə vermək istisna deyil. Amma, hər hansı xarici dövlətin ordusunun Azərbaycan ərazisinə yerləşdirilməsi mümkün olmayan məsələdir. Bakı kifayət qədər ayıq siyasət aparır. Rəsmi Bakı başa düşür ki, müstəqil siyasət aparmaq hər şeydən üstündür. Hər hansı ordumun bölgəyə yerləşdirilməsi isə müstəqilliyi daraldan məsələdir.

- Hesab etmək olarmı ki, Putin həm Paşinyanı cəzalandırmaq, həm rus qoşunlarının Azərbaycana qaytarmaqla bir güllə ilə iki dovşan vurmaq istəyir?

Yuxarıda dediyim kimi, ordunun bölgəyə yerləşdirilməsi mümkün deyil.Azərbaycanın yeritdiyi xarici siyasət kursu bəllidir. O ki qaldı Putinin Paşinyanı cəzalandırması məsələsinə, o, bunu onsuz da edəcək. İşğal altında olan ətraf rayonların bir hissəsinin Azərbaycana qaytarılması istisna deyil. Bölgədəki siyasi proseslər çox dinamikdir.

Zaur Məmmədov: “Biz uzun illərdi ki, böyük oyunçular arasında manevr etməyi bacarmışıq”.

- Bundan əvvəl Azərbaycanın KTMT-yə üzvlüyü ortaya atılmışdı. Hesab etmək olarmı ki, KTMT-yə üzvlülük də Ermənistanı cəzalandırmağın tərkib hissəsidir və Azərbaycan Ermənistanın Kreml tərəfindən cəzalandırılmasına alət olmalıdırmı?

- Azərbaycan alət deyil. Sadəcə, Rusiyada bəzi mərkəzlər artıq başa düşməyə başlayıblar kı, Cənubi Qafqazda əsas tərəfdaş istiqamətini dəyişməyin vaxtı çatıb.

KTMT – yə üzvlük məsələsi kifayət qədər ciddi müzakirə obyekti olan mövzulardandır və təsadufi deyil ki, sosial şəbəkələrdə bununla bağlı çox qaynar müzakirələr oldu. Siyasətdə heç nəyi inkar etmək olmaz. Nə vaxtsa Almaniya, Fransa və İngiltərə bir – biri ilə müharibə aparırdılarsa indi onlar eyni bloklarda yer alırlar, müttəfiqdirlər. İran – ABŞ münasibətləri şah dövründə çiçəklənən dövrünü yaşayırdısa indi onlar ən qatı düşməndirlər. Şərait dəyişir və şəraitə uyğunlaşmaq lazımdır.

KTMT ilə ortalığa atılan cəhdlər təsadüfi deyil. Biz uzun illərdi ki , böyük oyunçular arasında manevr etməyi bacarmışıq. Bu çox çətin siyasətdir. İsrail, İran, Türkiyə, Rusiya və ABŞ kimi nəhənglərin maraq dairəsində yerləşən Azərbaycan yeganə dövlətdir ki, kiçik dövlət olmasına baxmayaraq əzilən deyil, maraqları bu dövlətlər tərəfindən nəzərə alınan dövlətdir. Azərbaycan nə KTMT yə, nə NATO ya üzv olmağı qarşısına məqsəd qoymayıb. Lakin, əgər hər hansı istiqamətdən işğal altındakı torpaqlarla bağlı Bakıya kömək ediləcəksə o zaman biz bütün variantları nəzərdən keçirə bilərik.

Gülşən ŞƏRİFpia.az