Minik avtomobili yeraltı keçidə düşdü - Video

Belarusun paytaxtı Minsk şəhərində iki avtomobilin toqquşması nəticəsində onlardan biri yeraltı keçidə düşüb
###reklam250###

Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, “Mazda” avtomobili yüksək sürətlə svetoforun qırmızı işığında yolayrıcına daxil olub və başqa avtomobillə toqquşub. Nəticədə, “Mazda” yeraltı keçidə düşüb və xoşbəxtlikdən, heç kimi vurmayıb.

Polisin bildirdiyinə görə, sürücü sərxoş olub və sürücülük vəsiqəsi yoxdur. O saxlanılıb.

pia.az